Rəşad Sadiqov: "Cavidin yeri görünəcək" - MÜSAHİBƏ

19:43 12 Avqust 2015

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun Sportarena.az saytına müsahibəsi

 

- İntizam Komitəsi "Qarabağ"la oyundakı qırmızı vərəqəyə görə sənə 2 oyunluq cəza verdi. Yəqin sənin üçün də gözlənilməz qərar oldu...

- Çox ağır cəza oldu. Çünki orda elə bir şey yox idi. Hamı gördü. Sadə epizod idi. Hakim səhv edib mənə qırmızı vərəqə göstərdi. Artıq klub İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verib. İnşallah yaxşı olar. Alınmasa da, inanıramki, komanda yoxluğumu hiss etdirməyəcək.

 

- Belə başa düşdüm ki, qırmızı vərəqənin ləğv olunmağını gözləyirdin...

- Əlbəttə.Gözləyirdim ki, videotəkrara baxıb, qırmıı vərəqəni ləğv edəcəklər.Ləğv
Gözləyirdim ki ləğv eləsinlər.Mən əcəza kəsilməyəcək. Bu cür qərar qəbul edilməsi mənimüçün də gözlənilməz oldu.

 

- Həmin epizodda Qara Qarayevə nəsə dedin. Hiss olunurdu ki, olduqca əsəbisən. Maraqlıdı, oyundan sonra onunla söhbətin oldumu?

- Xeyr, hərşey meydanda qaldı. Yəqin oxumusuz. Qara müsahibə verib ki, orda qırmızı vərəqə yox idi. Özü də bunu etiraf edib.

 

- Qarşıda AZAL-la oyun var. Həmin qarşılaşma barədə nə düşünürsən?

- Çox çətin oyun olacaq. Amma inanıram ki, komandamız əlindən gələni edib, görüşdən 3 xalla ayrılacaq.

 

- Komandanın kapitanı Cavid Hüseynov məlum hadisəyə görə indi həbsdədi. Qarşıda kifayət qədər çətin oyunlarınız var. Səncə, Cavidin yoxluğu hiss olunacaqmı?

- Bunu zaman göstərəcək. Oyunlarda bilinəcək. Amma inanmıram ki, təsirsiz ötüşməsin. Komandanın kapitanı idi. Yaxşıformada idi. Yeri görünəcək. 

 

- Cavidin haqqında səslənən ittihamları bilirsən. Bu barədə nə deyərdin?

- Mənə elə gəlir ki, Cavid elə hərəkət eləməz. Namaz qılır, şəhid övladıdır. Cavidin əxlaqına bələdəm. Açığı, nə deyəcəyimi bilmirəm. Hamı kimi, mənə də təsir elədi. Baxaq görək, necə olacaq.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti