Prezident Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzaladı

10:30 13 Avqust 2015

Azərbaycan prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında sərəncam imzalayıb. Sportarena.az xəbər verir ki, Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etmək tapşırılıb.

 

Qeyd edək ki, 2016-cı ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına hazırlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti