Avropa çempionumuz hisslərini AAAF TV ilə bölüşdü - VİDEO

11:10 13 Avqust 2015

İsveçin Landskrona şəhərində avqustun 1-9-u tarixləri arasında yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi keçirildi. Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycan milli komandası da iştirak edirdi. Yığmanın heyət üzvlərinin böyük hissəsi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri idi.

 

Onlardan biri – yaşı 15-ə qədər olan qızların mübarizəsinə “Lənkəran-Zirvə” atleti Səbinə Əzimova çempion olub. O, 53 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində 72 kq, təkanla qaldırma hərəkətində isə 91 kq başı üzərinə qaldırıb. Toplamda 163 kq (72+91) nəticə göstərən “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndəsi Səbinə Əzimova yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

 

Artıq vətənə qayıdan “Zirvəçi” və onun məşqçisi yarışla bağlı hisslərini AAAF TV ilə bölüşüb.


Digər xəbərlər

Xəbər xətti