Premyer Liqanın I turunda “İnter” üzərində qazandığı möhtəşəm qələbə sonrası sərbəst buraxılan “Xəzər Lənkəran” avqustun 12-də bir araya gəlib.
Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, komandamız günün ikinci yarısında toplanıb. Saat 19:00-da isə zədəli Sadio Tounkara istisna olmaqla bütün heyətlə məşqə başlayıb. Stadionun ehtiyat meydançasında keçirilən hazırlıq prossesi əsasən fiziki hərəkətlərin yerinə yetirilməsindən ibarət olub.
Məşqdən az öncə Bakıdan Lənkərana gələn Limam Seydi komanda yoldaşlarına qoşulub. Fiziki hazırlıq üzrə baş məşqçinin köməkçisi Covanni Melkiorrenin rəhbərliyində avqustun 12-də keçirilən məşqi əks etdirən bir neçə fotonu təqdim edirik.