İstirahətini yekunlaşdıraraq məşqlərə başlayan “Xəzər Lənkəran” fransalı futbolusuna qovuşub. Sportarena.az xəbər verir ki, avqustun 12-də Limam Seydi Lənkərana gələrək komandaya qoşulub. “Xəzər Lənkəran”ın məşqi başlamazdan öncə yeni futbolçu xüsusi olaraq "12cioyuncu.info" azarkeş saytına açıqlama verib. Əslən Seneqaldan olan hücumçu bunları deyib:
"Inter"lə oyunu internetdən izlədim. Oyunumuz çox xoşuma gəldi. Gənc futbolçular əzmkar futbol nümayiş etdirdilər. İlk matçda qələbə böyük əhəmiyyət daşıyır. Azarkeşlər də möhtəşəm idi və bütün bunlar məni çox sevindirir".