Etdiyi transferlər bütün Avropanın diqqətini üzərinə çəkən "Fənərbaxça" növbəti "bombanı partladıb". Sportarena.az xəbər verir ki, İstanbul klubu Ozan Tufandan sonra Volkan Şənin də keçidini həll edib.
Futbolçu ilə anlaşan "sarı-lacivərdlilər"in sadəcə "Bursaspor"la razılığa gəlməsi qalıb ki, bunun da yaxın günlərdə həllini tapacağı gözlənilir.
Əslində bütün detallar razılaşdırılıb. Yalnız "Fənərbaxça"nın qarşı tərəfə verəcəyi futbolçu məsələsi açıq qalır. Belə ki, "Bursaspor" pul + Miroslav Stoku istəyir. Slovakiyalı futbolçu isə İstanbul nəhəngindən ayrılmaq istəmir. "Fənərbaxça" isə Bursa təmsilçisinə Samuel Holmeni təklif edib.