"Xəzər Lənkəran"la oyunun hazırlığına start verildi

14:11 13 Avqust 2015

Premyer Liqanın ilk turunda səfərdə "Rəvan"la heç-heçə edən (0:0) "Sumqayıt" 2-ci turda qarşılaşacağı "Xəzər Lənkəran"la oyunun hazırlığına start verib. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, dünən "Kapital Bank Arena"da baş tutan axşam məşqində komanda həm fiziki, həm də toplu çalışmalara yer verib.

 

"Rəvan"la görüşdə zədələnən qapıçı Şahrudin Məhəmmədəliyev artıq sağalaraq kollektivə qoşulub. Pərdis Fərcad-Azad isə fərdi məşqlərlə kifayətlənib.

 

Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu avqustun 16-da saat 21:00-da "Kapital bank Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti