Məşqçilər Komitəsinin üzvləri avrokubok oyunlarını izləyəcək

14:35 13 Avqust 2015

Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bir araya gəlib. Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə komitə sədri Vaqif Sadıqov məlumat verib.

 

O bildirib ki, komitə üzvləri "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində avqustun 20-də keçirəcəkləri oyunları izləyəcək: "Qarabağ"ın oyununu Ağasəlim Mircavadov izləyəcək. Mən isə "Qəbələ"nin oyununa yollanacam".

 

Bundan başqa, Vaqif Sadıqov 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Nazim Süleymanovla görüşdüyünü də qeyd edib. Onun sözlərinə görə, görüşdə yığmanın Malta ilə keçirdikləri 2 yoldaşlıq oyunlarının nəticələri müzakirə edilib və fikir mübadiləsi aparılıb.
V.Sadıqov komitə üzvlərinin Azərbaycan Premyer Liqasının oyunlarını izləyəcəyini də əlavə edib.


Digər xəbərlər

Xəbər xətti