"İddialı olmasaydıq, Premyer Liqada oynamazdıq" - MÜSAHİBƏ

16:30 13 Avqust 2015

"Zirə"nin müdafiəçisi Ruslan Poladovun Sportarena.az saytına müsahibəsi

 

- "Zirə" mövsümə AZAL üzərində qələbə ilə başladı. Debüt əla alındı. İlk olaraq bu haqda fikirlərini bilmək maraqlı olardı...

- Debüt edən komanda ilk oyunda ilk qələbə arzusu ilə meydana çıxır. Biz də ilk oyunumuzda qalib gəldik. İnşallah, dvamı gəlsin. Debüt olduğunu nəzərə alsaq, pis alınmadı. Düzdü, ilk oyunlarr həmişə ağır keçir. Təzə komandadı, futbolçularla bir-birinizi yaxşı tanımırsız. Asan deyil. Buna baxmayaraq, istəyimiə nail olduq. Düzdü, sonlara doğru hesabı qorumaq üçün minimum risk etməyə çalışırıdıq. Bununla belə, oyun baxımından da pis oynamadıq.

 

- Çoxları "Zirə"nin artıq ilk oyundan iddiasını ortaya qoyduğunu düşünür. Sən hansı fikirdəsən?

- Açığı,birinci oyundan "Zirə" iddiasını ortaya qoydu" demək düzgün deyil. Digər tərəfdən, komanda Premyer Liqaya çıxıbsa, deməli, nəyəsə iddiası var. İddialı olmasaydıq, elitada oynamazdıq.

 

- Qarşıya qoyulan başlıca vəzifə nədən ibarətdir: komandanın Premyer Liqada yerini qoruması, yoxsa daha böyük hədəfləriniz var?

- Bizim qarşımıza hansısa məqsəd qoyulmayıb. Lakin həm rəhbərlik, həm məşqçilər korpusu, həm də futbolçular bacardığımız qədər ən yüksək yerlər uğrunda mübarizə aparacağıq.  Hələlik ən maksimum istəyimiz avrokuboklara vəsiqə qazanmaqdır.


- "Zirə"yə qədər bir çox klubların formasını geyinmisən. Hazırkı komandanı digərlərindən fərqləndirən qeyri-adi nə isə var?

- İndiyə kimi oynadığım komandalar da normal olub. Heç biri digərindən geri qalmayıb. Eləcə də "Zirə". Ancaq yeni komandadı, burda da çatışmazlıqlar var. Hamı əlindən gələni edir ki, bunları aradan qaldırsın. İstənilən komanda tədricən uğur qazanır. Yeniyaranmış komandadan nəyisə tələb etmək dügün deyil.

 

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız...

- Oyundan əvvəl proqnoz verəyi xoşlamıram. Oyundan sonra danışarıq.

 

- Yəqin razılaşarsan ki, elə də asan oyun olmayacaq. "Kəpəz" də Premyer Liqaya iddialı qayıdıb...

- Əlbəttə ki, asan olmayacaq. "Kəpəz" səfərdə "Neftçi"dən 1 xal aldı. Oyunu yaxşı anali edəcəyik. Məqsədimiz Gəncədən də yaxşı nəticə ilə qayıtmaqdır.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti