“Zirə” ilə ev oyununun hazırlıqlarına Bakıda başlayan “Kəpəz” məşqlərin bundan sonrakı hissəsini Gəncədə davam etdirəcək. Sportarena.az xəbər verir ki, “sarı-göylər” avqustun 14-dən etibarən məşqlərini Gəncə şəhər stadionunda keçirəcək. Məşqlər saat 19:00-a təyin olunub.
Bu arada komandanın avqustun 14-15-də keçiriləcək məşqləri mətbuat və azarkeşlər üçün açıq olacaq. “Kəpəz”in hazırlıq prosesini izləmək istəyənlər stadiona təşrif buyura bilərlər.