Qazaxıstan və Slovakiya Dünya kubokunda ilk medalını qazandı

10:40 14 Avqust 2015

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya kubokunun 6-cı günündə 2 növdə mükafatçılar müəyyənləşib.


Sportarena.az gabalafc.az saytına istinadən xəbər verir ki, qadınlar üç vəziyyətdən – ayaq üstə, dizi üstə və uzanaraq 50 m məsafədən atəş açmaqda qüvvəsini sınayıb. İlk iki yer Çin idmançılarına nəsib olub. 3-cü pilləni isə Rusiya təmsilçisi ələ keçirib. Kişilərin 10 m məsafədən tapança ilə atəş açmaq yarışlarında Koreya idmançısı qalib gəlib. Qazaxıstan və Slovakiya isə Dünya kubokunda ilk medalını qazanıb.

 

Tüfəng, 50 m, üç vəziyyətdən atəş, qadınlar
1. Donqi Çen (Çin)
2. Silinq Yi (Çin)
3. Anna Jukova (Rusiya)

 

Tapança, 10 m, kişilər

1. Çeonqyonq Kim (Koreya)
2. Vladimir İssaçenko (Qazaxıstan)
3. Juray Tuzinski (Slovakiya)


Digər xəbərlər

Xəbər xətti