“Dnepr”in hücumçusu Nikola Kaliniç İtaliya klubuna keçməyə yaxındır. Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu “Fiorentina” klubuyla razılığa gəlib.
İtaliya təmsilçisi xorvatiyalı forvardın keçidi qarşılığında dnepropetrovskililərə 5 milyon avro verəcək. Florensiyaya səfər edən Kaliniç tibbi baxışdan keçəndən sonra “çəhrayılar”la 4 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, ötən il Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a iki qol vuran Kaliniç “Dnepr”ə 2:1 hesabı ilə qələbə qazandırmışdı.