Mərkəzi arenanın direktoru: "Vəzifəmin başındayam"

11:18 14 Avqust 2015

"Qarabağ"ın avrokuboklarda ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionun ot örtüyünün saralmasına görə təmirə bağlanılıb. Qazonun bərpası təmsilçimizin "Yanq Boyz"la oynayacağı cavab matçına qədər başa çatacaq”.

 

Sportarena.az sport7.az saytına istinadən xəbər verir ki, bunu stadionun direktoru Akif İsmayılov deyib: "Bildiyiniz kimi, mərkəzi arena təmirə bağlanılıb. "Qarabağ" - "Yanq Boyz" matçına qədər stadion tam hazır olacaq. Bərpa işləri yüksək səviyyədə gedir. Havaların isti keçməsi bir balaca işimizə təsir edir. Buna baxmayaraq, uşaqlar çalışırlar. Ot örtüyündə artıq dəyişikliyin olduğu hiss etmək mümkündür. Kim görülən işin pis olmasını istəyər ki?"

 

Akif İsmayılov bundan başqa "Qarabağ" - "Seltik" matçı ərəfəsində stadionun ot örtüyünün bərbad hala düşməsinə görə işdən azad olunması ilə bağlı xəbərlərə də münasibət bildirib: "Vallah, vəzifəmin başındayam. İşimdən azad olunmamışam. Bu, doğru məlumat deyil. Ötən gün də işdə olmuşam, sabah da olacam".


Digər xəbərlər

Xəbər xətti