Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyi öncəsi hazırlıqlarına start verib.
Sportarena.az xəbər verir ki, avqustun əvvəlində bir araya gələn komandamız təlim-məşq toplanışına Sloveniyada davam edir. Xanımlarımız artıq bu məqsədlə adı çəkilən ölkəyə yollanıb.
Qeyd edək ki, Avropa çempionatı bu ilin sentyabr-oktyabr aylarında Belçik və Hollandiyada keçiriləcək.