"İnvestAz" özü-özünü təkzib etdi: "Bursaspor"un verdiyi təkliflər dəyərləndirilir"

13:07 14 Avqust 2015

Türkiyənin "Bursaspor" klubunun sponsoru olan "İnvestAz" şirkəti öz xəbərini təkzib edib. Sportarena.az xəbər verir ki, 2 gün öncə saytımıza açıqlama verən şirkət rəsmilərindən biri türk klubu ilə bağlanan sponsorluq müqaviləsinin "İnvestAz"la əlaqəsi olmadığını bildirmişdi.

 

Bu xəbəri (http://sportarena.az/news/40131) saytımızda yerləşdirdikdən sonra qarşı tərəf bizə belə bir mətn ünvanlayıb:

 

"Bu xəbərə təkzib olaraq bildiririk ki, "İnvestAZ" şirkəti məqalənizdə qeyd olunduğu kimi həqiqətən də "Bursaspor" idman klubu ilə ilkin razılığa əsasən, Superkubok futbol oyununda bir dəfə olmaq şərti ilə komandanın geyim sponsoru olaraq rol almışdır. Komanda rəhbərliyi ilə aparılan danışıqlarda bütün sezon üçün verdikləri təkliflər isə dəyərləndirilmə mərhələsindədir. Hal-hazırda hər hansı bir uzunmüddətli sponsorluq barədə qəti qərar verilməmişdir".

 

Şirkət türk mediasında yer alan digər bir xəbərə də münasibət bildirib: "Əlavə olaraq qeyd etmək istəyirik ki, Türkiyə mediasında yayımlanmış bəzi yanlış xəbərlərdə InvestAZ şirkətinin adı SOCAR və SOFAZ kimi şirkətlərlə birgə çəkilmişdir. Halbuki, InvestAZ şirkətinin sözügedən qurumlarla heç bir sərmayə əlaqəsi mövcud deyil və maliyyə bazarlarında geniş spektr üzrə xidmət göstərən investisiya şirkətidir. Şirkətin Azərbaycan və Türkiyə Respublikasında fəaliyyət göstərən ofisləri tamamilə fərqli qurumlardır və ayrı-ayrılıqda Bakı Fond Birjası və Borsa İstanbulun üzvüləridir. Hər iki şirkət yerli qanunvericiliyin tələblərinə uyğun olaraq broker və diler fəaliyyəti ilə məşğul olur. Qeyd edək ki, InvestAZ şirkəti 2014-cü ildə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində broker şirkəti olaraq Azərbaycan Neft fondu ilə Dövlət Neft şirkəti arasında əqdin iştirakçısı qismində çıxış etmişdir. Media qurumunuzdan bu məlumatlara əsaslanaraq dərc olunmuş xəbərdə müvafiq dəyişiklik etməyinizi xahiş edirik".

 

Məlumatdan da aydın olduğu kimi, şirkət 2 gün öncə sponsorluq müqaviləsinin onlarla bağlılığının olmadığını bildirsə də, sonradan öz xəbərini təkib edib.


Digər xəbərlər

Xəbər xətti