Sabiq FİFA referimiz üçün yeni iş

14:20 14 Avqust 2015

Ötən mövsümün sonunda karyerasını bitirən Vüsal Əliyev yeni işinə başlayır. Sportarena.az xəbər verir ki, sabiq FİFA referisi bundan sonra hakim-inspektor kimi fəaliyyət göstərəcək.

 

O, artıq ilk təyinatını alıb. Əliyev Topaz Premyer Liqasının II turu çərçivəsində baş tutacaq “Rəvan” – “Qarabağ” görüşünün hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, “Rəvan” – “Qarabağ” görüşü sabah “Bayıl Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti