Kaka yenidən Braziliya millisində!

14:43 14 Avqust 2015

Kaka uzun fasilədən sonra Braziliya milliinə dəvət alıb. Sportarena.az xəbər verir ki, Braziliya Futbol Federasiyası 33 yaşlı yarımmüdafiəçinin yenidən ölkə yığmasının şərəfini qoruyacağını açıqlayıb.

 

Komandanın baş məşqçisi Dunqa gələn ay Kosta Rika və ABŞ-la keçiriləcək yoldaşlıq oyunlarda təcrübəli futbolçuya da şans verməyi düşünür.

 

Zədəli Neymarı da millinin düşərgəsinə çağıran baş məşqçisi əvəzində Tyaqo Silvaya dəvət göndərməyib.


Digər xəbərlər

Xəbər xətti