"Hamı bilir ki, yaxşı transferlər etmək maddi durumdan asılıdı. İddialı komandalarda oyunçu almaq nisbətən asandı. Çünki maliyyə vəziyyəti yaxşıolur. Biz də öz büdcəmizə uyğun hərəkət eləyirik. Çalışırıq ki, əlimizdəki vəsaitə uyğun maksimum yaxşı futbolçular cəlb edək".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib. Klubun transfer siyasətindən danışan Sultanov yeni oyunçuların çıxışına da toxunub:
"Nəinki yenilər, heç köhnə oyunçuların da çıxışı məni qane eləmədi. Mən bunu birinci oyuna görə deyirəm. Qarşıdakı turlarda nə görəcəyimi bilmirəm. Amma futbolçuların ilk oyundakı çıxışı nə məni, nə azareşləri, nə dəməşqçilər korpusunu razı saldı".
Yay fasiləsində bir çox yerli futbolçunu heyətinə qatan "Sumqayıt" legioner transferi haqda düşünmür: "Hələlik o barədə danışıqlar olmayıb. Bizim strategiyamız bəllidi.Buna uyğun oyunçular alırıq. Gündəmdə legioner futbolçu transferi yoxdur".
Sultanovun sözlərinə görə, son olaraq qapıçı Tural Abbaszadə ilə müqavilə imzalayan "gənclik şəhəri" təmsilçisi bununla da transferə yekun vurdu: "Artıq yeni transferlər haqda düşünmürük. Çox güman ki, başqa oyunçu alınmayacaq. Transfer məsələsini yekunlaşdırdıq".