Kamran Ağayevin "Karşıyaka"da oynamağına icazə vermirlər

17:29 14 Avqust 2015

Kamran Ağayev Türkiyədə problemlə üzləşib. Sportarena.az xəbər verir ki, millimizin qapıçısının forma geyindiyi "Karşıyaka”ya yeni futbolçularını sifariş etmək qadağası qoyulub.

 

DHA-nın məlumatına görə, buna səbə klubun Sosial Güvənlik Qurumundan (SGQ) borcunun olmamasına dair sənədi ala bilməməsi olub. Bu səbəbdən TFF "Karşıyaka"nın yeni futbolçularını sifariş etməkdəm imtina edib.

 

Beləliklə, İzmir təmsilçisi növbəti mövsüm üçün ötən mövsümdən komandada qalan 4 futbolçunu sifariş edib. Əgər klub rəhbərliyi borcu ödəyə bilməsə, komanda ilk oyununa əvəzedici heyətdən gənc futbolçularla çıxacaq.


Digər xəbərlər

Xəbər xətti