Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunda daha 3 dəst medalın sahibi müəyyənləşib. Sportarena.az gabalafc.az saytına istinadən xəbər verir ki, bu yarışlardan ikisi güllə atıcılığında baş tutub. Qadınlar tapança ilə 10 m, kişilər isə tüfənglə 50 m məsafədən hədəfi nişan alıblar. Stend atıcılığında isə qadınlar trap növündə güclüləri müəyyənləşdirib. Günün 9 medalından 6-nı Asiya təmsilçiləri qazanıb. Çin 3, Taypey 2, Yaponiya 1 mükafata yiyələnib. Bu gün Serbiya, Avstriya və ABŞ idmançıları da fəxri kürsüyə çıxmağı bacarıb.
Qeyd edək ki, sabah Dünya Kubokunun son medal dəstinin sahibləri müəyyənləşəcək. Bu, kişilərin trapdakı mübarizəsində bəlli olacaq.
Tapança, 10 m, qadınlar
1. Zorana Arunoviç (Serbiya)
2. Yuemey Lin (Çin)
3. Çia Çen Tien (Taypey)
Tüfəng, 50 m, üç vəziyyətdən, kişilər
1. Ziçenq Hui (Çin)
2. Aleksander Şmirl (Avstriya)
3. Qinen Ju (Çin)
Trap, qadınlar
1. Yuki Nakayama (Yaponiya)
2. Çun Lin Yi (Taypey)
3. Kori Koqdell (ABŞ)