Böyük futbol yenidən Gəncədə: "Sabah stadionda əsl bayram olacaq" - MÜSAHİBƏ

12:57 15 Avqust 2015

"Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyevin Sportarena.az saytına müsahibəsi

- "Kəpəz" bu tur doğma meydanda və doğma azarkeşləri önündə ilk oyununa çıxacaq. Azarkeşlər bu oyuna necə hazırlaşırlar?

- Bu oyuna çox gözəl hazırlaşmışıq. Dünən komandanın oyunçuları Yevlax şəhər stadionun gəldilər. Onları çox gözəl qarşıladıq, dəstəklədik. Bu, bizim üçün bayramdır. Azarkeşlər üçün nə lazımdısa, var. Sabah stadionda əsl bayram olacaq.2 ildir biz bu günün həsrətini yaşayırıq. "Kəpəz"in Premyer Liqada oynaması üçün çox darıxmışıq. Sabah ən azından 15 min azarkeş olacaq.

 

- Nə kimi sürprzilər hazırlamısız?

- Azarkeşlərə nə lazımdısa alınıb. Pankartlar açacağıq. Güllər almışıq. Həm "Kəpəz"in, həm də "Zirə"nin oyunçularının hər birinə veriləcək. Azarkeşlərə də tapşırmışıq ki, təhqir olmasın. Fişənglər yandırılmasın. 90 dəqiqə komandamıza tam dəstək verəcəyik.

 

- Bildiyimiz qədərilə stadionun oturacaqları yoxdu. Bu, azarkeşlərin arenaya gəlişinə mane olmayacaq?

- Dünən stadionda oldum. Şəhər icra hakimiyyəti sağ olsun ki, bütün işçi qüvvələri səfərbər etmişdi. Stadionun qabağında taxta-şalbanlar var idi. Hamısını götürdülər. Otlar dizə çıxırdı. İndi heçnə yoxdu. Təmirişləri davam edir. VİP oturacaqlar artıq qurulub. Bundan başqa, 20 min oturacaq gətirilib. "Zirə" iləoyundan sonra quracaqlar. Şəhər icra hakimiyyəti çox çalışır. Hiss olunur ki, futbolu sevən adamlardır. Göstəriş verilib ki, bütün iş adamları oyunu izləməlidir.

 

- İlk ev oyunundan azarkeş olaraq nə gözləyirsiz?

- "Kəpəz"dən həmişə qələbə gözəyirik. İnanırıq ki, komanda sabah azarkeşləri sevindirəcək. Məğlubiyyət haqda düşünmürük. Komandamız ən azı 2 top fərqi ilə qələbə qazanacaq, inşallah.

 

- Bu qədər hazırlıq görmüsüz. Komanda uduzsa, məğlubiyyət azarkeşləri "Kəpəz"dən soyutmayacaq?

- Yox. Futbolda hər şey var. Uduzsa da, udsa da, ən böyük "Kəpəz". Fərqi yoxdu. Çempionat təzə başlayıb. Komandamızın arxasındayıq. İnanırıq ki, komandamız sabah qələbə qazanacaq.

 

- "Neftçi" ilə oyundan sonra rəhbərlik azarkeşlərə oyun zamanı kluba ziyan vura biləcək hərəkətlər etməməklə bağlı xəbərdarlıq etmişdi. Siz nə kimi tədbir görmüsüz bununla bağlı?

- Bunu edənlər "Xəmsə" fan-klubunun üzvləri olmuşdular. Adil müəllim də mənim yanımda demişdi ki, belə səhvlər olmasın. Amma mən burdan apardığım Gəncə uşaqlarının hamısına bir-bir tapşırmışdım ki, belə bir şey olmasın. İstəmərik ki, azarkeş komandanı ziyana salsın. "Kəpəz" fan-klubu olaraq buna yol verməyəcəyik. Dünən azarkeşlərə də tapşırmışam. Hamısını bir-bir yoxlayacam. Sonda isə demək istəyirəm ki, şəhər icra hakimiyyətinin rəhbərliyinə, başda Elmar Vəliyev cənabları olmaqla, eləcə də Müşahidə Şurasına minnətdaram. Mehman müəllim, Mikayıl müəllim, inan Allaha, fəhlə yerinə də işləyirlər. Dünən onların tərini gördüm. Mikayıl müəllim sanki əsl gəncəlidi. Hamısına minnətdarlığımı bildiriərəm.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti