Millimizin futbolçusu Pavel Paşayev "Metallurq"a qayıdıb. Sportarena.az xəbər verir ki, bu barədə Zaporojye klubunun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, P.Paşayev yayda müqaviləsi başa çatdıqdan sonra "Metallurq"dan ayrılmışdı. Ancaq o, yenidən əvvəlki klubuna qayıtmağı seçib.