Azərbaycan Premyer Liqasında 2 milyonluq futbolçu

17:53 15 Avqust 2015

AzərbaycanPremyer Liqasında çıхış edən ən bahalı futbolçular müəyyənləşib.

 

Sportarena.az anspress-ə istinadən xəbər verir ki, "transfermarkt" çempionatımızın ən bahalı futbolçusu kimi Ermin Zetsi göstərib.

 

"Qəbələ"nin Bosniya və Hersoqovinadan olan hücumçusuna 2 milyon avro qiymət qoyulub. Ümumiyyətlə, ilk "üçlük"də məhz bu klubun futbolçuları yer alıb. Aleksey Antonova 1.5 milyon, Vitali Verniduba 1.2 milyon avro qiymət qoyulub.

 

Ən bahalı 15 futbolçu arasında "Qəbələ"nin 8, "Qarabağ"ın 6, "Neftçi"nin isə 1 üzvü yer alıb.

 

1. Ermin Zets (Qəbələ) - 2.00 milyon avro

2. Aleksey Antonov (Qəbələ) - 1.5 milyon avro

3. Vitali Vernidub (Qəbələ) - 1.2 milyon avro

4. Riçard Almeyda (Qarabağ) - 1.2 milyon avro

5. Kaue (Neftçi) - 1 milyon avro

6. Reynaldo Silva (Qarabağ) - 1 milyon avro

7. Dmitro Bezotosnı (Qəbələ) - 1 milyon avro

8. Çumbinyo (Qarabağ) - 900 min avro

9. Əlharbi Əl Jadeyui (Qarabağ) - 800 min avro

10. Dani Quintana (Qarabağ) - 800 min avro

11. Georgi Floresku (Qəbələ) - 750 min avro

12. Sergey Zenyov (Qəbələ) - 750 min avro

13. İbrahim Şehiç (Qarabağ) - 700 min avro

14. Rikardinyo (Qəbələ) - 700 min avro

15. Voyislav Stankoviç (Qəbələ) - 650 min avro


Digər xəbərlər

Xəbər xətti