"Heyətdə 3 qapıçının olması xeyrimizədir" - Kramarenko

19:25 15 Avqust 2015

“Bildiyiniz kimi qapıçı mövqeyinə axtarışlarımız davam edirdi. Təlim-məşq toplanışı dövründə də bir neçə namizədə baxmışdıq. Amma onların səviyyəsi bizi qane etməmişdi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko deyib. Klubun rəsmi saytına danışan millimizin sabiq üvü slovakiyalı qapıçı Mixal Peskoviç transferinə münasibət bildirib:

 

"Mixal təcrübəli qapıçıdır. 33 yaş qapıçı üçün normal yaş həddidir. Fikrimcə o komandaya kömək edə bilər. Aqil Məmmədov da getdikcə daha yaxşı forma yığır. Maksim Vayloya ümidlərimiz böyükdür. Sadəcə olaraq Maksim gəncdir və onu ağır oyunlara birdən-birə buraxıb yükləmək düzgün olmaz. İki təcrübəli qapıçının əhatəsində məşq etmək Maksimə da faydalı olacaq. İstəyirik ki, qapıçılar arasında daha güclü rəqabət olsun. Çempionat uzun marafondur. Futbolda cəzalar və zədələr qaçılmazdır. Bu baxımdan heyətdə 3 qapıçının olması xeyrimizədir”.


Digər xəbərlər

Xəbər xətti