"Ümidvarıq ki, Elxan Məmmədov klubumuza öz diqqət və qayğısını göstərəcək"

19:50 15 Avqust 2015

"Artıq yeni mövsüm üçün hazırlıqlarımızı tamamlamışıq. 23 avqustdan etibarən məşqlərimizi bərpa edəcəyik".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar" klubunun məşqçisi Xəyal Zeynalov deyib. Bu il "Kəpə" klubuna 20, təhsil idman məktəbinə isə 10 qapıçı verdiklərini söyləyən keçmiş futbolçu cari ildəki əsas məqsədlərini açıqlayıb:

 

"Bu ilki məqsədimiz daha aşağı yaş qrupundan olan qapıçıları məşqlərimiə cəlb etməkdir. Çünki indiki qapıçılar təməl, texnika cəhətdən çox əziyyət çəkirlər. Biz də bu problemi kökündən həll etməyə çalışacağıq. Bütün çətinliklərə baxmayaraq, "Gənc Qapıçılar" Klubu öz fəaliyyətini davam etdirəcək".

 

AFFA-dan maddi dəstək aldıqlarını etiraf edən Zeynalov hazırda bəzi çətinliklərin olduğunu da gizlətməyib: "AFFA bizə dəstək verirdi. Amma indi bəzi problemlər,çətinliklər vr. Bütün bunlara baxmayaraq, işlərimizi davam etdirəcəyik. İnanırıq ki, AFFA lazımolan dəstəyi yenə bizə göstərəcək. Çünki biz regionun ilk qapıçı klubuyuq. Ümidvarıq ki, cənab Elxan Məmmədov ö diqqət və qayğısını klubumuza göstərəcək".


Digər xəbərlər

Xəbər xətti