Premyer Liqanın II turu çərçivəsində keçirilən AZAL - "Qəbələ" oyununda maraqlı hadisə yaşanıb. Sportarena.az xəbər verir ki, 45+2-ci dəqiqədə Aleksey Qayın hesabı açmasından sonra qonaq futbolçular qol sevincini özlərinəməxsus şəkildə qeyd ediblər.
Belə ki, azarkeşlərə tərəf gedən oyunçular hazırda həbsdə olan Cavid Hüseynovun 14 nömrəli formasını nümayiş etdiriblər. Bununla da onlar sabiq kapitanlarına dəstək olduqlarını göstəriblər.