"Havanın isti olmasına baxmayaraq, futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi. Cari çempionat asan keçməyəcək".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Premyer Liqanın II turunda "Rəvan" üzərində qələbəni dəyərləndirən mütəxəssis rəqib haqda xoş sözlər deyib:
"Rəqib “Rəvan” barədə xoş sözlər deməliyəm. Az vaxtda yaxşı kollektiv kimi formalaşan “Rəvan” bizə problem yaratdı. Komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, “Rəvan” çətin komandadır. Fürsətdən istifadə edib, azarkeşlərə oyuna gəldikləri üçün təşəkkür edirəm".
Sonda isə Qurbanov oyunçu almaq istədiyi mövqeləri açıqlayıb: "Hazırda hücumçu və müdafiəçi axtarırıq. Son vaxtlarda transfer etmək bir qədər çətin olub. Əgər futbolçu tapa bilsək, ayın 31-dək transfer etmək niyyətindəyik".