Premyer Liqanın II turunda "Qarabağ"ı qəbul edən "Rəvan" məğlub olub. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Emin Quliyev 1:2 hesabı ilə uduzduqları oyun haqda bunları deyib:
"Rəqib hesabı açana qədər futbolçularım yaxşı çıxış etdilər, razı qaldım. Daha sonra fiziki baxımdan problem yaşadıq. Komandanı 20 günə yığmışıq. Heyətə yeni futbolçuların cəlb olunması lazımdır. Mindauqas Kalonasın komandada qalıb-qalmayacağı dəqiq bilinmir. Artıq çəkisi olan futbolçu oynamağa hazır deyil".