"Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik"

23:48 15 Avqust 2015

Topaz Premyer Liqasının II turu “Qəbələ” üçün uğurlu alınıb. Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda səfərdə AZAL-ı 2-0 hesabı ilə üstələyib. Qonaq komandanın bş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

 

"Sevinirəm ki, 3 xal qazandıq. Heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu rəqibdən asılı deyil. Ümumiyyətlə, mən rəqibin zəif olmasını ümumiyyətlə düşünmürəm. Bildiyiniz kimi, Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik".


Digər xəbərlər

Xəbər xətti