"Vəziyyət elədir ki, futbolçulardan çox şey tələb edə bilmirəm"

00:01 16 Avqust 2015

"Bizim vəziyyətimizi başa düşmək lazımdır. Bu büdcə ilə Premyer Liqada oynamaq çox çətindir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Gənc mütəxəssis Premyer Liqanın II turunda "Qəbələ"yə 0:2 hesablı məğlubiyyəti şərh edib:

 

"Buna baxmayaraq, bu gün biz “Qəbələ”dən geri qalmadıq. Təhlükəli hücumlar qurmağa çalışdıq. Amma qol vura bilmədik. Heyətdə çox sayda çatışmazlıqlarımız var. Hücumda, müdafiədə problemlərimiz yetərincədir. Düşünürəm ki, son vaxtların ən inkişafda olan, ən yaxşı futbol sərgiləyən komandasına qarşı oynadıq. Bu mənada oyunçulardan narazılığım yoxdur".

 

Penalti epizodu ilə bağlı da danışan Əhmədov hakimin qərarını haqlı sayıb: "Penalti epizoduna gəlincə isə bunu müzakirə etmək istəmirəm. Hakim düzgün qərar vermişdi. Biz pressinq etməyə çalışdıq. Bunu meydançanın rəqibə aid hissəsində etməyin öhdəsindən gəldik".

 

Baş məqşçi mövcud şəraitə görə futbolçulardan çox şey tələb edə bilmədiyini söyləyib: "Vəziyyət elədir ki, mən futbolçulardan çox şey tələb edə bilmirəm. Böyük futbol oynamaq üçün bəzi futbolçular xarakterlərini dəyişməlidirlər. Məni ən çox narahat edən məsələ komandanın ardıcıl iki oyunda məğlub olmasıdır. Zamana ehtiyacım var".


Digər xəbərlər

Xəbər xətti