İsveçrə kubokunda yeni mövsümə start verilib.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" ilk matçına çıxıb. Bern təmsilçisi ilk mərhələdə "Kriens" klubunun qonağı olub. Matç "Qarabağ"ın rəqibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kubokun dublu "Yanq Boyz"u növbəti mərhələyə daşıyıb.