Qəbələdə sonuncu mükafatçılar müəyyənləşdi

10:26 16 Avqust 2015

Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə dünya kubokuna yekun vurulub. Sportarena.az gabalafc.az saytına istinadən xəbər verir ki, yarışın son günündə 1 növdə mükafatçılar müəyyənləşib.

 

Mərhələnin 15-ci – sonuncu medal dəsti kişilərin trap yarışlarında bəlli olub. Yarışın son günü Avropa təmsilçiləri üçün uğurlu alınıb. Rusiyalı Aleksey Alipov rəqiblərindən güclü olub. Digər medallara Xorvatiya və İtaliya təmsilçiləri sahib çıxıb.

 

Trap, kişilər

1. Aleksey Alipov (Rusiya)

2. Covanni Çernoqoraz (Xorvatiya)

3. Erminio Fraska (İtaliya)


Digər xəbərlər

Xəbər xətti