“Məni doğum günüm münasibəti ilə xüsusi təbrik edən “Kəpəz” rəhbərliyinə təşəkkür edirəm. “Kəpəz” mənim üçün doğma komandadır. Gəncə şəhərinə böyük futbolun qayıtması münasibəti ilə azarkeşləri təbrik edirəm".
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının ikinci turunda "Kəpəz"lə 1:1 hesabı ilə bərabərə qaldıqları matçdan sonra deyib.
"Oyuna gəldikdə, biz mübarizə apardıq. Məqsədimiz qələbə qazanmaq idi. Amma 1 xal qazana bildik. Düşünürəm ki, hesab oyuna görə oldu” - deyə o bildirib.