"Çox ağır oyun oldu. Emosiyaların ön planda olduğu matçdan sonra analiz etmək, danışmaq çətindir. Amma deməliyəm ki, biz bu gün 2 xal itirdik. Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik".
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
O, futbolçulara etirazının olmadığını bildirib:
"Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm”.