“Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım".
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının ikinci turunda "Sumqayıt"la bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
O, çatışmazlıqların təcrübəsizlikdən qaynaqlandığını bildirib:
"Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.