"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının ikinci turunda "Xəzər Lənkəran"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.
"Mövsümdə ilk oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək var idi. Amma sonradan öz səhvimizdən qol buraxıb, 1 xalla kifayətlənməli olduq”.