Premyer Liqanın II turunun Sumqayıtda baş tutan "Sumqayıt" - "Xəzər-Lənkəran" matçı qalmaqalla yadda qalıb.
Sportarena.az xəbər verir ki, Lənkəran klubu oyunun baş hakimi Elvin Əsgərovdan kəskin narazı qalıblar.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu oyunsonrası təşkil olunan mətbuat konfransında Yunis Hüseynovdan öncə söz alaraq Elvin Əsgərovla bağlı bunları bildirib :
"Biz artıq bilmirik nə deyək. Oyundakı hakimlikdən çox narazı qaldıq. Belə hakimlik olmaz. Deməyə söz tapmırıq. 3 ildir ki, bu hakimin çəkisini sala bilmirlər. Bu çəki ilə hakimlik eləməzlər. Biz oyundan dərhal sonra narazılığımızı matçın yekun protokoluna bildirdik. Bu arada matçın hakim-inspektoru tribunada bizim yaxınlığımızda əyləşmişdi. Təsəvvür edin, hakim haqqında yazdığı qeydlər iki səhifəni keçmişdi. Məncə, başqa sözə ehtiyac yoxdu".