Xəbər verdiyimiz kimi, Premyer Liqanın II turunda "Sumqayıt" "Xəzər-Lənkəran"la qarşılaşıb.
Sportarena.az xəbər verir ki,matç 1:1 hesabı ilə yekunlaşıb. Qarşılaşmadan sonra "Xəzər-Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov oyunla bağlı bunları bildirib :
"Komandamız "Sumqayıt"la görüşdə 1 xal qazandı və iki oyuna 4 xal da pis deyil. Bundan sonrakı oyunlarda daha yaxşı mübarizə aparmaq lazımdır".
Tuyqun Nadirov hakim idarəçiliyindən də danışıb :
"Bu oyunda bəzi səhvlər oldu. Belə səhvlər hakimliyə başucalığı gətirmir".