AFFA "Qarabağ"ın futbolçusunu Almaniyaya göndərdi

11:35 17 Avqust 2015

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov növbəti dəfə Almaniyaya yollanıb. Sportarena.az xəbər verir ki, gənc futbolçu fizioterapiya kursuna başlayıb.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnmiş Ələsgərovun 6 ay yaşıl meydançalardan uzaq qalacağı açıqlanmışdı. O, həmin vaxt Almaniyanın Plattling şəhərində cərrahiyə əməliyyatı olunmuşdu.

 

Qeyd edək ki, futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.


Digər xəbərlər

Xəbər xətti