Rəşad Sadıqov: "Ona vaxt vermək lazımdı" - MÜSAHİBƏ

15:29 17 Avqust 2015

Topaz Premyer Liqasının II turu çərçivəsində “Rəvan”la qarşılaşan “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. Sportarena.az xəbər verir ki, Ağdam klubunun kapitanı Rəşad Sadıqov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- “Yanq Boyz”la oyun haqda nə deyə bilərsiniz?

- “Yanq Boyz”un “Luqano” ilə oyununu izləmişəm. Çox maraqlı komandadı. Hələ belə rəqiblə qarşılaşmamışıq. “Seltik”, “Zalsburq” bir oyun üsbunda oynayırdı, amma “Yanq Boyz” qarışıq oynayır. Gah cinahlardan ötürmələrə üstünlük verirlər, gah da ara paslarına üstünlük verirlər. Maraqlı komandadı. Bizi çətin və ağır səfər oyunu gözləyir. Xüsusilə də, hücum xətləri çox güclüdü. Onların hücumlarının qarşısını almaq üçün çox güc sərf etməliyik.

 

- Hücum xətti güclü olsa da, “Yonq Boyz” müdafiədə də kifayət qədər boşluqları olan komandadı...

- Bu barədə nəsə deyə bilmərəm. Mən əsasən hücumlarına fikir verdim. İsveçrə təmsilçisi “Seltik”dən daha rəngarəngdi, güclü deməzdim, amma rəngarəngdi. Yəni hər cür üsullardan istifadə edirlər. Standart vəziyyətlərdə çox təhlükəlidilər, bu bizə əlavə problemlər yaradacaq. 90-cı dəqiqəyə kimi mübarizə aparmalıyıq. Bir anda matçın taleyini dəyişə bilərlər.

 

- İsveçrədə hansı hesab sizi qane edər?

- Təbii ki, istəyərdik səfərdə məğlub olmayaq. Asan olmayacaq. Ən əsası, iki top fərqi ilə məğlub olmayaq.

 

- Puponla bağlı nə deyə bilərsiniz?

- Çox tələsirik həmişə. Bədəvi Hüseynov, Reynaldo komandaya yeni gələndə hamı gülürdü. Tələsməmək lazımdı. 3-4 aydan sonra istəniləni verməsə, uğursuz transfer olduğunu demək olar. Hücumçu transfer etmək çox çətindi. Futbolçuları, onların klublarını razı salmaq olmur. Vaxt vermək lazımdı. (apasport.az)


Digər xəbərlər

Xəbər xətti