"Zirə"nin yeni transferi Nurlan Novruzovun Sportarena.az saytına müsahibəsi
- Premyer Liqanın II turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı bərabərliyə razılaşdız. Oyun necə keçdi?
- Çox ağır oyun olacağını bilirdik. Gəncə şəhəri futbolu çox sevir. Stadionun açılışı fanatları meydana cəlb etmişdi. Azarkeşlərin çox olmağı "Kəpəz"ə əlavə güc verirdi. Hər şeyə hazır idik. İstərdik ki, 3 xalla qayıdaq. Amma olmadı. Səfərdə 1 xal da pis deyil. "Kəpəz" asan rəqib deyil. Artıq bu oyun geridə qaldı. "İnter"lə matça hazırlaşırıq.
- 90 dəqiqənin sonunda tərəflər 1 xal qazandı. Səncə, iki xalı itirən "Zirə" oldu, yoxsa "Kəpəz"?
- 2 xalı hansı komandanın itirdiyini demək çətindi. Amma "Kəpəz"in qol imkanları çox oldu.
- Gəncə azarkeşləri stadionun böyük hissəsini doldurmuşdular və demək olar ki, oyunboyu susmadılar. Bu cür atmosferdə oynamaq necə hissdi.
- Əla. Kaş ki, bütün oyunlarımızı belə azarkeşlər qarşısında oynayaq.
- Nurlan, "Zirə"yə transferin necə gerçəkləşdi? Bildiyim qədəri ilə ölkə xaricindən də təkliflərin var idi...
- Hər şey məşqçilər heyətinin istəyi ilə oldu. "Zirə"də uğur qazanacağıma inanıb gəlmişəm. Burda mənə çox güvənirlər. Əlimdən gələni edib, komandanın uğuru üçün meydanda mübarizə aparacam.
- "Boluspor"a transferin gündəmdəydi. Bu keçid niyə alınmadı?
- Boluya Ümit Özatın istəyi ilə getmişdim. Məşqçinin istefa verməsindən sonra mən də komandadan ayrıldım. Çünki orda uğur qaanacağıma inanmadım. Türkiyədə hər şey fərqlidi.