"Problem çəkidə yox, Xaqani Məmmədovun özündədi" - Anar Salmanov

23:12 17 Avqust 2015

"Xaqani Məmmədov iddia edirdi ki, Anar Salmanov ingilis dilini bilmir. İngilis dilini bilməyən hakim ikinci kateqroiyada necə idarəçilik edirdi? Məmmədovun ikinci iddiası isə çəkimlə bağlı idi. Bəli, etiraf edirəm, 4 kilo artıq çəkim var idi, üzərində işləyirdim. Amma bu,mənə mane olmurdu. Əslində Xaqani Məmmədovun gözü məni götürmürdü".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında keçmiş FİFA referisi Anar Salmanov deyib. Xaqani Məmmədov tərəfindən hakimlikdən kənarlaşdırılan hakim Elvin Əsgərovun artıq çəkisinin olması ilə bağlı xəbərlərə münasibət bildirib. Salmanov qaydaların təkcə özünə aid olmadığını xatırladıb:

 

"Bilirsiz, Hkimlər Komitəsinin sədri məndə nəsə axtarırdı. Sonra dili topuq vurdu, keçdi çəkiyə. Hamısı bəhanə idi. Anar Salmanov zəif olsaydı, UEFA məni 2-ci qrupa məsləhət görməzdi, 3-cü qrupa göndərərdi. Elvin Əsgərovun çəkisi ona maneçilik törədir. Çünki qaçış texnikası zəifdi, onu pis göstərir. Bu, hakim və futbolçularda fərqlidi. Əsgərovun sanki dizi qalxmır. Xaqani Məmmədov mənimlə niyə düşmənçilik apardığını özü bilir. Burda qərəzrol oynayır. Nə oldu, qayda-qanun ancaq Anar Salmanov üçündü? Məni çəkiyə görə buraxmırsansa, o birilərini də buraxma. Problem Xaqani Məmmədovun özündədi. Gözü götürmədi məni. Gördü ki, onu üstələyirəm, 2-ci qrupdayam, bu yola əl atdı".


Digər xəbərlər

Xəbər xətti