Zaur Svanadze: "Nəticədən razıyam"

23:37 17 Avqust 2015

Topaz Premyer Liqasının II turunun son oyununda “İnter” “Neftçi” üzərində 1-0 hesablı qələbə qazanıb. Sportarena.az xəbər verir ki, "İnter"in baş məşqçisi Zaur Svanadze qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

 

"Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq. Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik, bu da öz təsirini göstərir. 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı".


Digər xəbərlər

Xəbər xətti