"Qələbə qazanmaq istəyirdik. Futbolçular bunun üçün çalışdılar. Amma qırmızı vərəqə bizim planlarımızı alt-üst elədi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib. Gənc mütəxəssis Premyer Liqanın II turunda "İnter"ə 0:1 hesablı məğlubiyyətə şərh verib:
"Bəzi futbolçular bu qırmızı vərəqədən sonra psixoloji cəhətdən sındılar. Məqsədimiz 2-ci hissədə qol buraxmayıb, bərabərlik qolunu vurmaq idi. Rəqib də 10 nəfər qaldıqdan sonra imkanlarımız çoxaldı. Amma qol vura bilmədik".