Premyer Liqanın II turunda Sumqayıt səfərindən 1:1-lik heç-heçə ilə dönən "Xəzər-Lənkəran" istirahətini yekunlaşdırır.
Sportarena.az xəbər verir ki, səfər matçından sonra 1 günlük istirahətə buraxılan cənub təmsilçisi avqustun 18-də bir araya gələcək. Günün ikinci yarısında Lənkəranda toplanacaq komanda saat 19:00-da doğma stadionun ehtiyat meydançasında məşqə çıxacaq. Bununla da "Xəzər-Lənkəran" avqustun 22-də "Rəvan"la keçiriləcək ev oyununun hazırlığına başlayacaq. (12cioyuncu.info)