“Rəvan”ın U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb. Sportarena.az xəbər verir ki, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək kollektiv Zamin Əsədullayevə həvalə olunub.
U-19-un əvvəlki çalışdırıcısı Anar Vəliyev isə “Rəvan”ın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək.
Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı lisenziyasına malik Z.Əsədullayevin sonuncu iş yeri AZAL-ın U-19 komandası olub. 36 yaxşı mütəxəssis daha öncə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb. (klub saytı)