"Neftçi" və "İnter"in futbolçularına 1 oyunluq cəza

13:01 18 Avqust 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

 

Topaz Premyer Liqasının II turunun “İnter” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Xuan Alberto Alvarado sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 80-cı dəqiqəsində “İnter”in futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının II turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt”ın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının II turunun “Kəpəz” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti