Premyer Liqanın ötən turunda keçirlən "Sumqayıt" - "Xəzər Lənkəran" matçında bəzi hakim qərarları qonaq komandanın etirazına səbəb olub. Sportarena.az xəbər verir ki, cənub təmsilçisi görüşün baş hakimi Elvin Əsgərovun idarəçiliyindən narazı qalıb.
"Sumqayıt" - "Xəzər Lənkəran" oyununda baş hakimin yanlış qərarları:
1. Cərimə meydançasında Orxan Əliyevə qarşı aşkar kobudluq
2. Baş hakim zərbədən sonra fit çalır, amma qərar dəyişdirilmir.
3. Oyunun 53-cü dəqiqəsində Orxan Əliyevin üzünə açıq-aşkar dirsək zərbəsi
4. Rasim Ramaldanova qarşı cərimə meydançasında kobudluq
5. Elnur Cəfərovun zərbəsindən sonra baş hakim künc nöqtəsini yox, qapıdan zərbə qərarı verir.