"İnter”lə oyunun çətin keçəcəyini bilirdik. Erkən azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi. Hücumda istədiyimizi nümayiş etdirə bilmədik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Erik Ramos Topaz Premyer Liqasının 2-ci turunda "İnter"ə 0:1 hesabı ilə uduzduqları matçdan sonra klubu rəsmi saytına deyib. O, nəticə qazanmağı hamı kimi özlərinin də istədiyini vurğulayıb:
"Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdir. Əsas odur ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiz ki, biz məqsədimizə çatacağıq”.