"Yanq Boyz"un saytı Ağdamın ermənilər tərəfindən işğalından yazdı

14:46 18 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq İsveçrənin “Yanq Boys” klubu təmsilçimizi ictimaiyyətə tanıdan xəbər hazırlayıb. Sportarena.az xəbər verir ki, Bern klubunun rəsmi saytında yer alan yazı komandamız haqda ətraflı məlumat verilib.

 

"Qarabağ"ın son iki ildə Azərbaycan çempionu olduğunu xatırladan sayt Ağdam klubunun Avroliqanın qrup mərhələsində iştirakını da xüsusi vurğulayıb. Bundan başqa, komandamızın bəxtsizlik ucbatından növbəti mərhələyə keçə bilmədiyi qeyd olunub.

 

Yazıda eyni zamanda komandanın bu mövsüm Çempionlar Liqasındakı çıxışına toxunulub, “Seltik”lə məğlubiyyətdən sonra “Qarabağ”ın Avroliqanın pley-offuna düşdüyü bildirilib.

 

Yazının sonunda isə "Qarabağ"ın 1993-cü ildən etibarən ev oyunlarını Bakıda keçirməsi qeyd olunub. Buna səbəb kimi, həmin il Ağdamın Ermənistan ordusu tərəfindən işğal edilməsi göstərilib. “Hazırda Ağdam burada yerləşdirilən bir neçə insanın yaşadığı ruhlar şəhəridir” – deyə yazıda vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti